"Trabzonspor"dan PFDK-ya sərt reaksiya: "Ədalətiniz..."

"Trabzonspor"dan PFDK-ya sərt reaksiya: "Ədalətiniz..."

Türkiyənin Peşəkar Futbol İntizam Komitəsi (PFDK) "Fənərbağça" ilə matçda baş verənlərə görə "Trabzonspor"u 6 oyun tamaşaçısız oynamağa və cərimələməyə qərar verib.

"Cebhe.info" xəbər verir ki, "Trabzonspor"un təmsilçisi bu qərara sərt reaksiya verib.

Klubun sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edilib.

"Ədalətiniz batsın. Kreslolarınızdan qalxın və istefa verin!" - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, “Fənərbağça”nın futbolçuları Oostervolde və İrfan Can da 1 oyunluq cəzalanıb. Batshuayi və Osayi Samuel cəzalandırılmayıb.

"Bordo-mavililər"in çalışdırıcısı Egemen Qorxmaz da 1 oyunluq cəza alıb.

Naibə
"Cebhe.info"