Türkiyə Super Liqasında yenilik

Türkiyə Super Liqasında yenilik

Türkiyə Super Liqasının 32-ci həftəsindən liqanın sonuna qədər həftənin kritik matçlarına əcnəbi VAR hakimləri təyin ediləcək.

"Cebhe.info" xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyası açıqlayıb.

Bu həftə xarici VAR hakimlərinin təyin olunacağı matçlar aşağıdakılardır:

“Alanyaspor” – “Qalatasaray”,  “Karagümrük” – “Fənərbaxça”,  “Ankaragücü”-“Qaziantep FK”  VAR hakimləri İtaliya, İspaniya, Almaniya, Niderland və Portuqaliyadan olacaq.

Naibə
"Cebhe.info"