UEFA "Qalatasaray"a cəza Verdi

UEFA "Qalatasaray"a cəza Verdi

UEFA İntizam Komitəsi fevralın 22-də keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçına - "Praqa" - "Qalatasaray" oyununa görə verilən cəzaları açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk idmana yaraşmayan hərəkət səbəbiylə 2 oyunluq cəza alıb.

Qarşılaşmada qırmızı vərəqə alan Kaan Ayhana sərt müdaxiləyə görə 1 oyunluq cəza verilib.

Digər tərəfdən oyunsonrası insidentlərə qarışan Matç və Performans Analitiki Serhat Doğana da hücuma görə 1 oyunluq cəza verilib.

Naibə
"Cebhe.info"