Aİ-92 benzininə nə qədər xərcləyəcəyik?

“2025-ci ilin yanvar-aprel aylarının rəsmi məlumatları onu deməyə əsas yaradır ki, artıq neft məhsullarında da xaricdən asılılığımız kəskin artır.
Hətta ölkənin vizit kartı olan neft emalında da sürətlə geriləyirik”.
Bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspertin sözlərinə görə, Dövlət Statistika Komitəsi avtomobil benzininin istehsal həcminin illik müqayisədə (2025-cü ilin ilk 4 ayında, 2024-cü ilin ilk 4 ayına nisbətən) 17% azalaraq 424.4 min tona düşdüyünü bildirib:
“Azərbaycan bu ilin ilk rübündə xaricdən 53.3 min ton və ya 42.21 mln. dollar həcmində Aİ-92 markalı benzin idxal edib. Bu da öncəki ilin eyni dövrü ilə müqaisədə 5 dəfədən çox artım deməkdir. Yəni, adi Aİ-92 markalə benzini belə xaricdən alırıq, bunun üçün hər ay 15 mln. dollar vəsait xərcləyirik, bu gedişlə 2025-ci ildə tək Aİ-92 markalı benzin idxalına 180 mln. dollar xərcləməli olacağıq”.
Nigar
“Cebheinfo.az”