Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşunu azaldıb
Bu ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 20,9 milyon ABŞ dolları həcmində investisiya yatırıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin birbaşa xarici investisiyalarla bağlı ilkin hesabatında bildirilib.
İllik müqayisədə sərmayələrin həcmində 16,1% azalma qeydə alınıb. Hesabat dövründə Azərbaycan Gürcüstanın əsas investor ölkələrinin ilk onluğunda 7,7% payla dördüncü yeri tutub. İlk üçlükdə Böyük Britaniya (52,4 milyon ABŞ dolları), ABŞ (47,5 milyon ABŞ dolları) və Niderland (29,2 milyon ABŞ dolları) qərarlaşıb.
Yanvar-martda Gürcüstan iqtisadiyyatına ümumilikdə 271,2 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 47,7% çoxdur. Sərmayələrin ən çox cəlb edildiyi sahələr maliyyə və sığorta, daşınmaz əmlak, informasiya və kommunikasiyalar, energetika, ticarət, istehsal, tikinti, incəsənət, əyləncə və istirahət, inzibati və isan sağlamlığı fəaliyyətləri olub.
"Cebheinfo.az"

