Azərbaycandan Türkiyəyə pul köçürmələri 19 % azalıb

Azərbaycandan Türkiyəyə pul köçürmələri 19 % azalıb

2023-cü ildə Azərbaycandan Türkiyəyə 146 milyon 140 min ABŞ dolları pul köçürülüb.

"Cebhe.info" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19 % azdır.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə pul köçürmələrinin ümumi köçürmələrdə payı 26,2 %-dən 26,6 %-ə çatıb.

Ötən il Türkiyədən Azərbaycana isə 164 milyon 316 min ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 34,5 % çoxdur.

İl ərzində Türkiyədən Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 3,4 %-dən 9,9 %-ə çatıb.

"Cebhe.info"