Azərbaycanın dövlət borcu açıqlandı

Azərbaycanın dövlət borcu açıqlandı

2026-cı il 1 yanvar tarixinə olan Azərbaycanın dövlət borcu açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycanın dövlət borcunun ümumi məbləği 25987,5 milyon manat və ya 2025-ci il üzrə faktiki ÜDM-in 20,1 faizini təşkil edib.

Qeyd olunub ki, ümumi dövlət borcunun 31,5 faizi xarici dövlət borcunun, 68,5 faizi isə daxili dövlət borcunun payına düşüb. ("Aqrarkredit" QSC-nin daxili dövlət borcuna aid edilmiş 8797,9 milyon manat məbləğində öhdəlikləri nəzərə alınmadan, dövlət borcunun 47,6 faizi xarici dövlət borcunun, 52,4 faizi isə daxili dövlət borcunun payına düşmüş olur).

"Cebheinfo.az"