Banklara olan borc 300 milyona qədər artıb

Banklara olan borc 300 milyona qədər artıb

Azərbaycan banklarının verdiyi kreditin həcmi 300 milyon manat civarında artıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında qeyd olunub. 

Məlumata görə, hazırda ümumi kredit portfelinin həcmi 25 milyard 429 milyon 500 min manat təşkil edir. Ötən ay isə bu rəqəm 25 milyard 158 milyon 200 min manat civarında olub.

Bu isə 271 milyon 300 min manat artıb deməkdir.

Vilayət Muxtar
“Cebheinfo.az”