Dollar möhkəmlənir: “İnflyasiya göstəriciləri ilə ayaqlaşa...”

Dollar möhkəmlənir: “İnflyasiya göstəriciləri ilə ayaqlaşa...”

2024-cü il qlobal investorlar üçün bir sıra gözlənilməz yeniliklər gətirdi.

“Cebhe.info” xəbər verir ki, bu sürprizlərdən biri də dolların möhkəmlənməsi olub.

Dolların ucuzlaşacağını proqnozlaşdıran investorlar, həddindən artıq canlanan ABŞ iqtisadiyyatının və FED-in faiz dərəcələrini endirməni təxirə salmasını tələb edən inflyasiya səbəbindən, mövqelərini nəzərdən keçirməli olurlar.

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-da artımın digər G-7 ölkələrindən iki dəfə sürətli olacağını gözləsə də, “ABŞ istisnadır” ifadəsi səhmləri və istiqraz gəlirlərini dəstəkləyir, dolların cəlbediciliyini artırır. Geosiyasi gərginlik də dolları etibarlı sığınacaq kimi dəstəkləyən amildir.

Bu hadisələr dünyanın ikinci ən böyük fond idarəçiliyi şirkəti olan “Vanguard Group”un dolların uzunmüddətli artımını proqnozlaşdırmasına səbəb oldu, “UBS Asset Management” isə dolların normal dəyərindən 20 faiz baha olmasına baxmayaraq, daha da artacağını proqnozlaşdırır.

“Wells Fargo” İnvestisiya İnstitutu da dolların bahalaşmasının 2025-ci ilə qədər davam edəcəyini düşünür.

“Vanguard”dın nümayəndəsi Ales Koutny deyib ki, "Əgər digər ölkələr ABŞ-ın artımı və inflyasiya göstəriciləri ilə ayaqlaşa bilməsələr, dolları almaqdan başqa çarə qalmayacaq. Əvvəllər bizim üçün çox taktiki ticarət olan dollar almaq daha uzunmüddətli strategiyaya çevrilib”.

Nigar
“Cebhe.info”