Mərkəzi Bank uçot dərəcəsini 19 %-ə qaldırdı
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini qaldırıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Bankı məlumat yayıb.
Rusiya Mərkəzi Bankı (RMB) uçot dərəcəsini 100 baza bəndi artıraraq 19 %-ə çatdırıb.
Bank siyasət faizini artırsa da, növbəti görüş üçün əlavə sərtləşdirməyə açıq olduğunu bildirib.
Məlumata görə, ölkədə illik inflyasiya avqust ayında ilk dəfə azalıb.
İyulda 9,13 faiz olaraq açıqlanan inflyasiya avqustda 9,05 faizə düşüb.
Bank üçün mühüm göstərici olan məişət inflyasiya gözləntiləri artmağa davam edərək ötən ay 12,9 faizə çatıb.
İş dünyasının gözləntiləri də artarkən, korporativ kreditlər hələ də azalma əlamətləri göstərməmişdi.
Nigar
"Cebheinfo.az"