Moody's İsrailin kredit reytinqini aşağı salıb

Moody's İsrailin kredit reytinqini aşağı salıb

Beynəlxalq kredit reytinq agentliyi "Moody's" siyasi və iqtisadi risklərə görə İsrailin kredit reytinqini "A1"dən mənfi proqnozla "A2"yə endirib.

"Cebhe.info" xəbər verir ki, bu barədə məlumat "Moody's"-ın saytında dərc olunub.

İsrailin xarici valyuta və yerli valyutada kredit reytinqinin "A1"dən "A2"yə endirildiyi, kredit reytinqinin proqnozunun isə mənfi olaraq dəyişdirildiyi bildirilib.

Məhz kredit reytinqin aşağı salınmasının əsas səbəbi kimi davam edən hərbi münaqişə və maliyyə gücünün zəifləməsi riskini artırdığı göstərilir. 

Nigar Hacılı 
"Cebhe.info"