Ölkəmizdə giləmeyvələrin qiyməti niyə yüksəkdir?

Ölkəmizdə giləmeyvələrin qiyməti niyə yüksəkdir?

Kənd təsərrüfatı iqtisadiyyatın mühüm sahələrindəndir.

Bununla yanaşı, iqtisadiyyatın ən mühüm və strateji əhəmiyyətli sahələrindən olan kənd təsərrüfatında həllini gözləyən çoxsaylı problemlər də mövcuddur. Bu gün kənd təsərrüfatının bir sıra sahələrinə investiyaların yatırılmasına ehtiyac var.

Qeyd edək ki, dünyada giləmeyvələr dondurularaq beynəlxalq bazarlarda satılır. Bu sahədə Azərbaycanın potensialı böyükdür. Hazırda marketlərdə, bazalarda satılan giləmeyvələrin qiyməti isə “cib yandırır”.

Ən baha satılan giləmeyvələrdən biri isə moruqdur.  Düzdür, böyürtkən, qarağat daxil digər giləmeyvələr də heç də ucuz qiymətə satılmır. Nəzərə alsaq ki, adıçəkilən giləmeyvələr çox zamanlar meşədə yabanı halda yetişir. 

Maraqlıdır, bəzi ölkələrdə fəsildən aslı olmayaraq hər zaman giləmeyvələr bol şəkildə və standart qiymətdə satılır, bəzi yerlərdə isə mövsümə bağlı olaraq baha olur?

Bununla bağlı fikirlərini “Cebhe.info”-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, marketlərdə və bazalarda satılan giləmeyvələr əsasən istixana şəraitində yetişdirilir, xüsusəndə qış aylarında:

“Yazda isə giləmeyvələrin becərilməsi açıq sahədə, münbit torpaqda yetişdirilir. Lakin bunun müddəti isə qısa olur. Digər fəsillərdə giləmeyvələr istixana şəraitində yetişdirilir. Bu səbəbdən də giləmeyvələrin istehsal məsrəfləri olduqca baha başa gəlir. Buna isə gübrə və kommunal məqsədlər üçün sərf edilmiş xərclər göstərilir.

Hazırda daxili bazarlarda təbii şəkildə bitən giləmeyvələr satılmır. Bunun satılmama səbəblərindən biri məhz az miqdarda əkilməsidir. Digər səbəb isə giləmeyvələrin yaz-payız aylarında dağlıq və dağətəyi rayonlarda yetişməsidir. Yerli əhali ən yaxşı halda öz təlabatını qarşılaya bildiyi qədər gedib meşələrdən, dağlardan toplaya bilər. Buna görə də bazarlarda daha çox istixanada yetişdirilən giləmeyvələr satılır.

Bildirim ki, bizdən fəqli olaraq Ukraynada satılan giləmeyvələrn qiməti ucuzdur. Çünki Ukrayna meşələrində boş bir ərazi tapa bilmərsiniz, hər yer yaşıllıqdır, giləmeyvələr yabanı halda yetişir. Orada giləmeyvələr təbii şəkildə bitir. Sadəcə olaraq, gedib məhsulu toplamaq lazımdır. Ona görə də orada giləmeyvələr ucuz olur”.

Ekspert qeyd edib ki, ölkəmizdə giləmeyvələrin yetişdirilməsiylə məşğul olan sahibkarların sayı azdır: 

“Bu gedişlə Azərbaycanda giləmeyvələrin qiyməti heç vaxt ucuz olmayacaq”. 

Həsən Məmmədov
“Cebhe.info”