Ötən il BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı cüzi azalıb

Ötən il BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı cüzi azalıb

2023-cü ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 353 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Bu barədə “BP-Azerbaijan” şirkətinin 2023-cü ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə 24 nəfər və ya 1,01 % azdır.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Xatırladaq ki, 2022-ci ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 377 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

"Cebhe.info"