Şuşada ən çox hansı ölkədən olan turistlər qalır?
Bu ilin yanvar-avqust ayları ərzində xarici ölkələrdən Azərbaycana gələn turistlər Şuşada 1 535 gecə keçiriblər.
"Cebheinfo.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, əcnəbi turistlər arasında ən çox Qazaxıstan vətəndaşları Şuşa şəhərində gecələyiblər.
Bu ilin ilk 8 ayında Qazaxıstan vətəndaşları Şuşada 153 gecə keçiriblər. Ən az gecə keçirənlər isə Moldova vətəndaşları olublar - cəmi 1 gecə.
Qeyd edək ki, əcnəbi turistlərin Şuşa şəhərində keçirdiyi gecələmələrin ölkələr üzrə sayı aşağıdakı kimi olub:
Qazaxıstan - 153 gecə;
Macarıstan - 81 gecə;
Rusiya - 64 gecə;
Özbəkistan - 56 gecə;
Qırğızıstan - 34 gecə;
Pakistan - 20 gecə;
ABŞ - 11 gecə;
Belarus - 10 nəfər;
Bolqarıstan - 8 gecə;
Gürcüstan - 7 gecə;
İsrail - 7 gecə;
Böyük Britaniya - 6 gecə;
Birləşmiş Ərəb Əmirlikləri - 6 gecə;
Oman - 5 gecə;
Almaniya - 4 gecə;
İtaliya - 3 gecə;
Litva - 3 gecə;
Misir - 3 gecə;
Moldova - 1 gecə;
Digər ölkələr - 533 gecə.
"Cebheinfo.az"