Türkiyə neft hasilatını artırmağı hədəfləyir

Türkiyə neft hasilatını artırmağı hədəfləyir

Türkiyənin Qabar bölgəsindəki neft quyularında gündəlik hasilat hazırda 35 min bareli ötüb.

İlin sonunadək bu rəqəmin 100 min barelə çatdırılması hədəflənir.

"Cebhe.info" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldaqda çıxışı zamanı deyib.

Ötən ilin ortalarından etibarən hər bir ailəyə ayda 25 kubmetr təbii qazın ödənişsiz verildiyini xatırladan Türkiyə Prezidenti bunun 2024-cü ilin aprel ayınadək davam etdirəcəklərini, beləliklə ölkə əhalisinə ümumilikdə 87 milyard Türk lirəsi məbləğində dəstək göstəriləcəyini bildirib.

"Cebhe.info"