Türkiyə Mərkəzi Bankından ehtiyatlı qərar
Türkiyə Mərkəzi Bankı bu gün keçirilən iclasda əsas faiz dərəcəsini illik 50% səviyyəsində saxlayıb.
Bununla da Türkiyə Mərkəzi Bankı ardıcıl altıncı dəfə əsas məzənnəni dəyişmir. Bu, 20 ildən artıqdır ki, ən yüksək səviyyədədir.
Bloomberg tərəfindən sorğuya qatılan bütün iqtisadçılar tənzimləyicinin dərəcəsi 50% səviyyəsində saxlayacağını gözləyirdilər.
Status-kvonun saxlanılması onunla izah olunur ki, avqust ayında Türkiyədə illik inflyasiya demək olar ki, 10 faiz bəndi aşağı düşsə də, Mərkəzi Bankın ilin sonu proqnozundan (38%) yuxarı qalmaqdadır.
Avqustda illik inflyasiya ötən ayla müqayisədə 61,78%-dən 51,97%-ə enib. Aylıq inflyasiya iyulda 3,23%-dən 2,47%-ə enib.
Modern.az "Bloomberg"ə istinadən xəbər verir ki, Mərkəzi Bankın yumşalma dövrünün başlanması üçün qoyduğu şərtlər hələ də reallaşmayıb.
Ev təsərrüfatlarının və müəssisələrin inflyasiya gözləntiləri hələ də hakimiyyətin gələn il üçün proqnozlarından xeyli yüksəkdir.
Goldman Sachs Group-un iqtisadçıları bildiriblər ki, Türkiyə Mərkəzi Bankı aylıq inflyasiyanı 2%-dən çox olmayan həddə çatdırmaq niyyətindədir və yalnız bundan sonra faizi endirməyə başlaya bilər.
İqtisadçısı Hande Küçük, inflyasiyanın 1,5%-1,8%-ə düşməyənə və ən azı iki ay ardıcıl olaraq bu səviyyədə qalmayana qədər Türkiyə Mərkəzi Bankının faiz dərəcələrini endirəcəyini gözləmir.
İstanbul Koç Universitetinin iqtisadiyyat professoru Selva Demiralp hesab edir ki, 2025-ci ilin birinci rübü inflyasiyanın davamlı azalmasına dair daha aydın dəlillər olduğu üçün dərəcələri azaltmaq üçün daha yaxşı vaxt olacaq.
"Cebheinfo.az"