Həbs müddətləri uzadıldı

Həbs müddətləri uzadıldı

“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalist Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə ilə bağlı yenidən məhkəməyə müraciət edilib.

“Qafqazinfo”nun məlumatına görə, prokuror ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar seçilmiş eyni qətimkan tədbirinin uzadılmasını istəyib.

Xətai Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib.

Qərara əsasən, E.Qasımovanın həbs müddəti noyabrın 13-nə, F.Mehralızadəninki isə dekabrın 19-na kimi uzadılıb.

Qeyd edək ki, “Abzas media” işi üzrə aparılan istintaqla saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova, iqtisadçı Fərid Mehralızadə həbs ediliblər. Onlar qaçaqmalçılıq, vergidən yayınma, cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma və digər maddələrlə ittiham edilirlər.

"Cebheinfo.az"