240 milyon illik "əjdaha" tapıldı

240 milyon illik "əjdaha" tapıldı

Alimlər Trias dövrünə aid 5 metr uzunluğundakı su sürünənlərinin əksiksiz yeni fosili aşkar ediblər.

"Cebhe.info" xəbər verir ki, bu məxluq 240 milyon il əvvələ aiddir və olduqca uzun boyuna görə "əjdaha" adlanır.

 İlk dəfə 2003-cü ildə təsvir edilən növə "Dinocefalosaurus orientalis" deyilir.

 Bu möhtəşəm yeni fosil elm adamlarına bu qəribə heyvanın tam anatomiyasını görməyə imkan verib.

 Fosili araşdıran beynəlxalq qrupun üzvü olan Şotlandiya Milli Muzeylərindən Dr.  Nik Fraser, alimlərin onu ilk dəfə tam şəkildə gördüklərini söylədi və onu "çox qəribə bir heyvan" olaraq xarakterizə etdi.

Qeyd edək ki, fosil Çinin cənubundakı qədim əhəngdaşı yataqlarında aşkar edilib.

Xatırladaq ki, Trias və ya Trias dövrü, təxminən 50 milyon il davam edən Mezozoy Zamanının ilk bölməsidir. Bu dövrün günümüzdən 251,902 milyon il əvvəl başlayıb, 201 min 36 milyon il əvvəl bitdiyi deyilir.

Nigar Hacılı 
"Cebhe.info"