2500 il əvvəl yaşayan insanlar da xəstə olub- ARAŞDIRMA

2500 il əvvəl yaşayan insanlar da xəstə olub- ARAŞDIRMA

2500 il əvvələ aid tualetlərdən alınan nümunələrin təhlilinə görə, Dəmir dövrünə aid insanlar sağlam olmayıblar.

Cebhe.info xəbər verir ki, Qüdsdə şəhərin elit evlərinə aid olan iki daş tualetin altındakı tullantılardan çıxarılan materialda dizenteriyaya səbəb olan parazitlərin izlərini tapılıb. O dövrdə Qüds 8000-25000 nəfər əhalisi olan Assuriya İmperiyasının səs-küylü siyasi və dini mərkəzi idi.

Ekspertlər hesab edirlər ki, Giardia duodenalis adlı xəstəliyin ən erkən məlum sübutudur. Diareya, qarın sancısı və arıqlamağa səbəb olan infeksiya əvvəllər Roma dövründə Türkiyə və orta əsr İsrailində aşkar edilmişdi.

"Dizenteriya içməli suyu və ya qidanı çirkləndirilməsi ilə yayılır və biz bunun qədim Yaxın Şərqin erkən şəhərlərində sıxlıq, istilik və milçəklər və yayda suya məhdud çıxış səbəbindən böyük problem ola biləcəyindən şübhələnirdik”.-deyə “Parazitologiya” elmi jurnalında dərc olunan tədqiqatın aparıcı müəllifi doktor Pirs bildirib.

Bu gün Giardia dizenteriyasından ölənlərin əksəriyyəti uşaqlardır və uşaqlarda xroniki infeksiya böyümənin ləngiməsinə, idrak qabiliyyətinin pozulmasına və inkişaf edə bilməməsinə səbəb ola bilər.

Araşdırma onu da göstərib ki, Dəmir dövründə insanlar pendirə aludə olub, həmçinin mal-qaranın daxili orqanları ilə ziyafət verib.

Arxeoloqlar şəhərin cənubunda, Armon Ha- Naziv ərazisində 2019-cu ildə tapılan malikanədə xüsusi yer aşkarlayıblar. Bu bina eramızdan əvvəl VII əsrin ortalarında 50 il hökmdarlıq edən Menaşşenin dövrünə aid olub.

Dizayn baxımından oxşar olan başqa bir tədqiq edilmiş tualet oturacağı “Köhnə Şəhər” adlanan ərazidə o vaxtlar yuxarı təbəqədən olan bir ailənin yaşadığı “Axiel Evi” kimi tanınan yeddi otaqlı binada aparılan qazıntılar zamanı aşkar edilmişdi.

Əvvəllər zibilin çöküntüsündə dörd növ bağırsaq parazitinin yumurtaları tapılmışdı. Lakin yeni araşdırmaya görə, dizenteriyaya səbəb olan mikroorqanizmlər kövrəkdir və aşkarlanması olduqca çətindir.

Xəzər
Cebhe.info