27 məşhur şəxs məhkəmə qarşısında: 10 ilədək həbsləri istənilir
Türkiyədə “OnlyFans” platformasında məzmun paylaşan bəzi sosial media fenomenləri ilə bağlı aparılan istintaq başa çatıb.
“Yeni Sabah” xəbər verir ki, prokurorluğun hazırladığı ittiham aktında təqsirləndirilən 27 nəfərə 10 ilədək həbs cəzası istənilib.
Türkiyədə giriş məhdudiyyəti tətbiq edilən platforma üzərindən gəlir əldə edilməsi ilə bağlı iddialardan sonra İstanbul Respublika Prokurorluğu tərəfindən genişmiqyaslı araşdırma başladılıb. İstintaq çərçivəsində yalnız paylaşımlar deyil, bank hesabları, pul köçürmələri, şirkət qeydiyyatları və əmlaklar da araşdırılıb.
İstanbulda keçirilən əməliyyat zamanı müxtəlif ünvanlarda eyni vaxtda axtarışlar aparılıb və sosial şəbəkələrdə tanınan şəxslər barəsində saxlanılma qərarları verilib. Sonradan 17 nəfər məhkəmənin qərarı ilə həbs edilərək istintaq təcridxanasına göndərilib. Araşdırma zamanı bəzi şəxslərin xaricdə olduğu, bəzilərinin isə digər cinayət işləri üzrə artıq həbsdə olduğu müəyyən edilib. Eyni zamanda milyonlarla lirə dəyərində əmlak, nəqliyyat vasitələri və şirkət hesabları üzərinə məhdudiyyət qoyulub.
Hazırlanan ittiham aktına əsasən, 27 sosial media fenomeni barəsində rəsmi şəkildə cinayət işi açılıb.
Məlumata görə, barələrində cinayət işi açılan şəxslər arasında Gizem Bağdaçiçek, Merve Taşkın, Azranur Ay Vandan, Zeynep Alkan, Ebru Arman, Meltem Bakır, Gizem Avcı, Yağmur Şimşek, Öznur Güven, Cansu Bade Taş, Kübra Yurdakul, Arzu Yılmaz, Ceyda Ersoy, Derin Gür, Dilber Doğan, Eda Alboya, Eme Nur Süder, Kadriye Değirmenci, Lina Su Özgen, Yaprak Meriç Yücel, Nisanur Kavak, Tuğçe Cansu Parlak, Tülin Arıkoğlu, Burçin Erol və Serpil Cansız yer alır.
İttiham olunanlar arasında “Ciciş kardeşler” kimi tanınan Esra və Ceyda Ersoy bacılarından Ceyda Ersoyun da olması diqqət çəkib. Bacılar illərdir televiziya proqramları və sosial media paylaşımları ilə maqazin gündəminin tanınan simaları sırasında yer alırlar.
Cinayət işi açılması ilə bağlı xəbərin yayılmasından sonra sosial şəbəkələrdə yenidən geniş müzakirələr başlayıb. “X”, “İnstagram” və “TikTok” platformalarında minlərlə istifadəçi məsələ ilə bağlı paylaşımlar edib.
"Cebheinfo.az"

