68 yaşlı Dolf Lundqren idman səfiri oldu

68 yaşlı Dolf Lundqren idman səfiri oldu

Tanınmış Hollivud ulduzu Dolf Lundqren 2028-ci ildə Los-Anceles şəhərinin ev sahibliyi edəcəyi Olimpiya Oyunlarında Beynəlxalq Müasir Beşnövçülük İttifaqını (UIPM) səfir qismində təmsil edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə UIPM-in mətbuat xidməti məlumat yayıb.

Hazırda 68 yaşı olan Lundqren hələ 1996-cı il Olimpiadasında Amerika Birləşmiş Ştatlarının beşnövçülük yığmasının kapitanı kimi fəaliyyət göstərib. Düzdür, aktyor birbaşa yarışlara qatılmayıb, lakin o, idmanın populyarlaşdırılması və ABŞ Milli Olimpiya Komitəsi ilə əlaqələrin tənzimlənməsi işlərini icra edib.

Lundqren "Rokki 4" filmində uydurma sovet boksçusu "İvan Draqo" obrazı ilə məşhurlaşıb. O, Silvestr Stallonenin canlandırdığı "Rokki Balboa" personajının əsas antaqonisti rolunu oynayıb. Aktyor bundan başqa, "Kainatın hökmdarları", "Qırmızı əqrəb", "Cəzalandırıcı" kimi filmlərdə, eləcə də "Qisasçılar" serialında rol alıb.

Xatırladaq ki, Yay Olimpiya Oyunları 2028-ci ildə 14-30 iyul tarixlərində Los-Ancelesdə keçiriləcək.

"Cebheinfo.az"