Başqasının ürəyi ilə ən uzun yaşayan adam odur

Başqasının ürəyi ilə ən uzun yaşayan adam odur

Ginnesin Rekordlar Kitabı 57 yaşlı Niderland sakini Bert Yanssenin ürək transplantasiyası ilə yaşayan ən uzunömürlü insan olduğunu təsdiqləyib. 

“Cebhe.info” BBC-yə istinadən xəbər verir ki, o, bu əməliyyatı təxminən 40 il əvvəl keçirib.

17 yaşında Janssenə ürəyin qanvurma qabiliyyətinə təsir edən kardiomiopatiya diaqnozu qoyulub.

Həkimlər müalicə üçün ürək transplantasiyasının zəruri olduğuna qərar veriblər və o zaman ölkədə belə əməliyyatlar aparılmırdı. Sonra Janssenin həkimi Londonda ürək xəstəlikləri üzrə ixtisaslaşmış Harfield Britaniya xəstəxanasına müraciət edib.

Onun müalicəsini məşhur cərraı Maqdi Yaqub həyata keçirib, sonradan tibbə verdiyi töhfəyə görə “Cəngavər” titulu alıb.

Transplantasiya 1984-cü il iyunun 6-da, 18 yaşlı Janssenin xəstəxanaya gəlişindən cəmi bir həftə sonra baş tutub.

"Hər şey çox tez keçdi. Harefildə gəlişimdən bir həftə keçdi və Londonda ağır avtomobil qəzasından sonra bir anda iki donor ürəyi tapıldı. Onlardan biri mənə yaradı və transplantasiya olundu”,-deyə xəstə bildirib.

Janssen deyib ki, donorundan aldığı inanılmaz hədiyyəyə görə hələ də minnətdardır.

Xəstənin sözlərinə görə, əməliyyatdan sonra o, tez sağalıb və o vaxtdan dolğun həyat sürüb. İndi Janssenin həyat yoldaşı və iki övladı var:

"Bu qədər uzun yaşayacağımı xəyal belə edə bilməzdim. Məncə, ən əsası mənim vəziyyətim digər insanlar üçün mühüm mərhələ oldu. İndi rəsmi olaraq qəbul edilib ki, donor ürəklə bu qədər uzun yaşamaq da mümkündür. Başqası mənim rekordumu qıra bilsə, məmnun olaram".

Janssenin əməliyyatı Harefield xəstəxanasında həyata keçirilən 107-ci ürək transplantasiyası olub.

Həkim-cərrah Maqdı Yaqubun ilk belə əməliyyatı 1980-ci ildə həyata keçirib və o vaxtdan bəri ürək transplantasiyası demək olar ki, adi hala çevrilib. Minlərlə xəstə bu əməliyyatdan keçib, xəstəxanada təkcə 2022-23-cü illərdə 54 belə əməliyyat olub.

Xəzər
“Cebhe.info”