Beren Saat yeni seriala çəkilir: 15 milyon qazanacaq
Türkiyəli məşhur aktrisa Beren Saat yeni seriala çəkilir.
"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, “Aşk-ı Memnu”, “Fatmagülün suçu ne?”, “Atiye” kimi bir çox layihələrdə rol alan Beren Saat yeni serial üçün anlaşıb.
Kamera qarşısına keçməyə hazırlaşan aktrisa 4 serialıq layihədən 15 milyon TL qazanacaq. Filmin çəkilişlərinə payızda başlanılması planlaşdırılır.
Qeyd edək ki, məşhur olduğu gündən həm gözəlliyi, həm də aktrisalığı ilə diqqət çəkən Beren Saat, son olaraq Netflix-də yayımlanan və baş rolu Kıvanç Tatlıtuğla paylaşan “İstanbula son zəng” filmi ilə diqqət çəkib.
"Cebheinfo.az"