Bu il Azərbaycanı “Avroviziya”da kimlər təmsil edəcək? - FOTOLAR

Bu il Azərbaycanı “Avroviziya”da kimlər təmsil edəcək? - FOTOLAR

Bu il “Avroviziya”da bizi “Mamagama” qrupunun təmsil edəcəyi iddia olunub.

Olay-ın məlumatına görə, sözügedən artistlərin artıq daxili seçim turlarında keçdiyi və qalib seçildikləri qeyd olunur.

Bildirək ki, ötən il ölkəmizi Albaniyada keçirilən “Kenga Magjike” festivalında “Dreamer” mahnısı ilə qalib olan qrupun iki üzvü var.

Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov da ötən ilin noyabrında namizəd kimi “Mamagama” qrupunu gördüyünü bildirmişdi.

Həmçinin, pop artist, daxili seçim turlarında iştirak edən Rauf Kingsley də sözügedən qrupun yarışmada Azərbaycanı təmsil edəcəyini qeyd edib.

Cebhe.info