Bu məhsullar təhlükəlidir: Xərçəng, psixi pozğunluq, infarkt…

Bu məhsullar təhlükəlidir: Xərçəng, psixi pozğunluq, infarkt…

Ultra emal olunmuş qəlyanaltılar (məsələn, tezbişən lapşa, şəkər çubuqları) yemək xərçəng, ürək və ağciyər xəstəlikləri və psixi pozğunluqlar riskini artıra bilər.

Bunu Avstraliyanın Deakin Universitetinin alimləri müəyyən ediblər.

“Cebhe.info” xəbər verir ki, tədqiqatın nəticələri BMJ (“British Medical Journal”) jurnalında dərc olunub.

Alimlərin işi ultra emal olunmuş qidaların istehlakı ilə sağlamlığa mənfi təsirlərin ehtimalı arasında əlaqəyə dair müxtəlif növlər üzrə bir çox əvvəlki tədqiqatların meta-analizidir. Təhlil göstərib ki, tez-tez çips, “fast –food”, fabrikdə hazırlanmış qənnadı məmulatlarının istehlakı bir çox sağlamlıq xüsusiyyətlərinin pisləşməsi ilə əhəmiyyətli dərəcədə əlaqəlidir.

Xüsusilə, ultra emal olunmuş qidalar tənəffüs, psixiatrik, mədə-bağırsaq, ürək-damar və kardiometabolik xəstəliklərin (o cümlədən piylənmə, şəkərli diabet) riskini və ölümünü artırıb.

Tədqiqatçıların fikrincə, bu cür məhsulların enerji dəyəri yüksək olsa da, vitaminlər və digər qida maddələri azdır. Bundan əlavə, bu cür qida üçün sənaye emalı və qablaşdırma üsulları təhlükəli birləşmələrin və çirkləndiricilərin qidanın səthinə yayılması ilə nəticələnə bilər.

Xəzər
“Cebhe.info”