Corc Qafarov teatrdan ayrılma səbəbindən DANIŞDI

Corc Qafarov teatrdan ayrılma səbəbindən DANIŞDI

Xəbər verdiyimiz kimi, aktyor Corc Qafarov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı işindən ayrılıb.

Buna səbəb onun teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə dava etməsi olub.

Xatırladaq ki, aktyor Corc Qafarovu müğənni Roza Zərgərli övladlığa götürüb. O, həm də Qaraçuxur bələdiyyəsinin üzvüdür.

Məsələ ilə bağlı aktyor Corc Qafarov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Mehriban Ələkbərzadə onunla çox kobud rəftar edib:

“Mehriban Ələkbərzadənin aktyorlarla kobud rəftarını görmüşəm. Hamı qorxur ki, aldıqları 600, 800 manat maaşı itirəcəklər. Məşq vaxtı dedi, sıfırsan, kobudsan, kötüksən. Axırda cavab verdim ki, rolu istəyərək oynamıram. Dedi, cəhənnəmə oyna. Məndə bu sözlərə dözməyib ayrıldım”.

Aktyor qeyd edib ki, kino sahəsində nöqsanlar var:

“Azərbaycan kinosunun vəziyyəti hamıya bəllidir. Mən oradan bərk yapışacaq adam deyiləm. Teatrın mənə ehtiyacı vardı, ona görə orada idim. Amma görürəm Mehriban Ələkbərzadə kimi insanlara görə hələ çox istedadlı gənclər kənarda qalacaq”.

Həsən Məmmədov
“Cebheinfo.az”