Emin Durovun Azərbaycana səfərindən danışdı - VİDEO
Musiqiçi və iş adamı Emin Ağalarov teleqramın təsisçisi Pavel Durovun bir neçə ay əvvəl Azərbaycana səfərindən və gəlişinin məqsədlərindən danışıb.
"Cebheinfo.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu barədə rusiyalı jurnalist Kseniya Sobçakla müsahibəsində bəhs edib.
Onun sözlərinə görə, Durov Azərbaycan və Bakı ilə tanış olmaq üçün ölkəyə səfər edib.
İş adamı bildirib ki, o Azərbaycanın rayonlarına gedib, eləcə də Qarabağda da olub: “O, ölkəni gəzib, bir neçə gün “See Breeze”də də qalıb”.
Emin K.Sobçakın “Hər kəs Pavel Durovun Bakıda olmasını Rusiya Prezidenti Vladimir Putinin səfəri ilə əlaqələndirirdi və bu barədə çox danışılırdı” barədə sualına cavabında bunun təsadüf olduğunu düşündüyünü vurğulayıb.
E.Ağalarov, həmçinin qeyd edib ki, P.Durov istirahətdə olarkən onunla tanış olub və ümumi mövzular ətrafında söhbət ediblər.
Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlansa da, avqustun 28-də məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.
"Cebheinfo.az"