Gümüş insanda bu xəstəliyi yaradır

Gümüş insanda bu xəstəliyi yaradır

Davamlı olaraq gümüş bəzək əşyasından istifadə xəstəlik yarada bilər.

"Cebhe.info" xəbər verir ki, bu, bədəndə argyria xəstəliyi yaradır. Bu xəstəlikdə bədəninizin günəş işığına məruz qalan hissələri, gözləriniz, daxili orqanlarınız, dırnaqları və diş ətləri mavi-boz rəngə çevrilir. Bu rəng dəyişikliyi qalıcıdır, amma  sağlamlığınıza təhlükə yaratmır. Ancaq bu, sosial həyatınıza mənfi təsir göstərə bilər.

Çünki gümüşün tərkibində olan bəzi maddələr bədəninizdə toplanır və günəş işığına məruz qaldıqda dərinizin rəngini dəyişir. Bu xəstəlik 2008-ci ildə Paul Karason adlı şəxsdə görülüb.

Bundan əlavə, tərkibində gümüş olan tibbi dərmanlardan istifadə edən insanlar da bu xəstəliyə tutula bilər. Bu xəstəlik təkcə dərinizə deyil, daxili orqanlarınıza da təsir edə bilər.

Argyria xəstəliyini müalicə etmək çox çətindir. Hətta lazerlə müalicə də 100% müvəffəqiyyət təmin etmir. Bəzi hallarda müalicə mümkün olmaya bilər. Buna görə də, argyriyanın qarşısını almaq üçün gümüşə məruz qalmamaq lazımdır. Bundan əlavə, bu ehtiyat tədbirləri görə bilərsiniz:

*Evdə çoxlu gümüş aksesuar saxlamayın;

*Gümüş aksesuarlarınızı müntəzəm olaraq xüsusi losyonlarla təmizləyin (əlcəklərdən istifadə edin);

*Yatmazdan əvvəl gümüş zinət əşyalarınızı çıxarın;

*Gümüş zinət əşyalarınızı uzun müddət taxmayın;

Naibə
"Cebhe.info"