Günün hadisələri: Müharibə, işğal, qəza...

Günün hadisələri: Müharibə, işğal, qəza...

İlin hər günü baş verən önəmli hadisələrlə tarixin yaddaşına yazılıb.

“Cebhe.info” 2 apreldə baş verən tarixi hadisələri təqdim edir:

*1906-ci ildə I çağırış Rusiya Dövlət Dumasına seçkilər keçirilib;
*1917-ci ildə Vudro Vilson ABŞ-ın Birinci Dünya müharibəsinə qoşulması üçün Konqresə müraciət edib;
*1978-ci ildə "CBS" telekanalında 13 il yayımlanan "Dallas" teleserialının ilk seriyası ekranlara çıxıb;
*1982-ci ildə Argentina Folklend adalarını işğal edib;
*1993-ci ildə Kəlbəcər şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal edilib;
*2006-cı ildə ABŞ-ın Tennessi ştatından keçən qasırğa 29 nəfərin ölümünə səbəb olub;
*2012-ci ildə “U Tair” şirkətinə məxsus “ATR-72” təyyarəsinin Tümen yaxınlığında qəzaya uğraması nəticəsində 31 nəfər həlak olub.

Vilayət Muxtar
“Cebhe.info”