Günvurma zamanı ilk yardım: Nəyi necə etməli?

Günvurma zamanı ilk yardım: Nəyi necə etməli?

Yay aylarında yaşanan ən böyük problemlərdən biri də günvurma hallarıdır.

Xüsusilə də uzun müddət açıq havada işləyən insanlar daha çox əziyyət çəkir.

Bəs günvurma zamanı ilk növbədə nə edilməlidir?

"Cebhe.info" xəbər verir ki, "Florence Nightingale Medical Journal"da dərc olunan məqalədə bu barədə məlumat verilib.

İlk növbədə öz təhlükəsizliyinizi təmin edin və günvurmaya məruz qalan şəxsi dərhal kölgə olan əraziyə aparın.

Nəm parça və ya su spreyi ilə şəxsin bədənini sərinlədin.

Susuzlaşmanın qarşısını almaq üçün içməli su verin.

Günvurmaya məruz qalan şəxsin rahat nəfəs almasına imkan yaradın. Bunun üçün köynəyin qarşı hissəsini açın.

Məqaləyə görə, günvurma kimi hallar sistemik pozğunluqlara səbəb ola bilər. Belə hallarda sürətli və effektiv ilk yardım həyati əhəmiyyət kəsb edir.

Günvurmanın qarşısını almaq üçün alına biləcək tədbirlərə yüngül paltar geymək, isti hava şəraitində uzun müddət çöldə olacaqsınızsa, bol su içmək daxildir.

Həddindən artıq istidə fiziki fəaliyyəti məhdudlaşdırmaq və xüsusilə günorta saatlarında çölə çıxmamaq da vacibdir.

Naibə
"Cebhe.info"