"Harri Poter"in Dambldoru vəfat etdi

"Harri Poter"in Dambldoru vəfat etdi

Dünyaca məşhur aktyor Maykl Qambon 82 yaşında vəfat edib.

Cebhe.info xəbər verir ki, o, “Harri Potter” serialında "Albus Dambldor" obrazı ilə daha çox tanınıb.

Aktyorun ölüm xəbərini verən ailə üzvləri Maykl Qambonu itirdiklərini deməklə çox kədərləndiklərini bildiriblər. Aktyor xəstəxanada pnevmoniyadan vəfat edib.

19 oktyabr 1940-cı ildə Dublində doğulan Maykl 60 ildən çoxdur ki, bu sənətdədir. "Yuxulu dərə", "Kralın nitqi", "İlayın kitabı" kimi filmlərdə rol alıb.

Günay Şahmar
Cebhe.info