Həkimlərin “qara siyahı”ya saldığı 3 MƏHSUL
Bəzi vərdişlər mədəyə mənfi təsir göstərir.
“Cebheinfo.az” “NEWS.ru”-ya istinadən yazır ki, dietoloq Lyudmila Mikityuk onlar haqqında danışıb.
Həkim siqareti, yağlı ət yeməyi və spirtli içkiləri “qara siyahı”ya daxil edib.
Belə ki, dietoloqun fikrincə, ən zərərli vərdişlərdən biri də xüsusilə yeməkdən sonra siqaret çəkməkdir. Mütəxəssisin sözlərinə görə, siqaret qastrit və xora kimi xəstəliklərə səbəb olur. Eyni zamanda, spirt aclıq hissini artırır, həddindən artıq yeməyə gətirib çıxarır və nəticədə həzmə güclü zərbə vurur. Nəhayət, yağlı emal edilmiş ət və kolbasa kanserogenlər və zərərli əlavələrlə doldurulur.
Həkim istehlak edilən şəkərin miqdarına nəzarət etməyi tövsiyə edib:
“Çünki bu, həzm proseslərini pozan patogen mikrofloranın artmasına səbəb olur”.
Xəzər
“Cebheinfo.az”