İnfarkt olmamaq üçün bu 3 məhsulu yeməyin - HƏKİM

İnfarkt olmamaq üçün bu 3 məhsulu yeməyin - HƏKİM

Ürəyinizi sağlam saxlamaq üçün pəhrizinizə bəzi məhsulları daxil etməlisiniz.

“Cebhe.info” “UfacityNews.ru”-ya istinadən yazır ki, bu barədə dietoloq və kardioloq Mişel Rutenşteyn danışıb.

O deyib ki, ürəyin salamlığı üçün üç məşhur qidadan – donuz əti, ağ çörək və çipsdən imtina etmək lazımdır.

Birincisi özündə qan təzyiqini artıran və ürəyə mənfi təsir göstərən çoxlu natrium ehtiva edir. Eyni zamanda, ağ çörək qanda şəkərin sürətlə artmasına və çəki artımına səbəb ola bilər ki, bu da ürəyə təsir edir. Nəhayət, çiplərdə trans yağ və natrium yüksəkdir. Onların müntəzəm istifadəsi ürək-damar xəstəliklərinə, yüksək təzyiqə və piylənməyə səbəb olur.

Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün həkim paxlalılar - lobya, noxud, mərcimək, həmçinin təzə tərəvəz, meyvə, yumurta, balıq, yağsız ət və sağlam yağlar yeməyi məsləhət görüb.

Xəzər
“Cebhe.info”