İnsanların uzun yaşamasının ƏSAS SƏBƏBİ

İnsanların uzun yaşamasının ƏSAS SƏBƏBİ

Gözlənilən ömür uzunluğu bir çox amillərdən asılıdır.

Çin alimləri son tədqiqatlarında əsas olanlar amillər haqqında danışıblar.

“Cebhe.info” xəbər verir ki, mütəxəssislər 80 yaşlı 5222 nəfərin məlumatlarını öyrəniblər. Onların hamısı uzunömürlülük problemlərinin genişmiqyaslı tədqiqatı üçün könüllülər olub. 

Alimlər müəyyən ediblər ki, sadə qaydalara əməl edən - heç vaxt siqaret çəkməyən, müntəzəm idman edən və balanslaşdırılmış pəhriz saxlayan insanlar üçün 100 yaşa qədər yaşamaq şansı daha yüksəkdir.

Bununla belə, bədən kütləsi indeksi (BKİ) siyahıya daxil edilməyib, çünki daha yüksək BKİ yaşlı insanlar arasında ölüm ehtimalını azaltmaqda qoruyucu rol oynaya bilər.
 
Onlar israr edirlər ki, insan hətta qocalıqda belə qeyd olunan üç qaydaya əsaslanaraq sağlam həyat tərzinə riayət etməlidir. Çinli mütəxəssislərə görə, uzunömürlülüyün sirri budur.

Xəzər
“Cebhe.info”