Kilosu 5 manat: Özü ürəyə DƏRMAN

Kilosu 5 manat: Özü ürəyə DƏRMAN

Sankt-Peterburq “Rospotrebnadzor”unun mütəxəssisləri albalının faydalarından danışıblar. 

Məlum olub ki, bir çox insanın sevimli yay giləmeyvəsi sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

“Cebheinfo.az” xəbər verir ki, mütəxəssislərin fikrincə, albalının tərkibində çoxlu miqdarda üzvi turşular, pektinlər, sink, yod, mis, xrom və dəmir kimi mikroelementlər, həmçinin B, A, C, H, PP, E vitaminləri var. Giləmeyvə tərkibindəki flavonoidlərə görə immunitetə, dəriyə, saça və oynaqlara faydalıdır.

Agentliyin Sankt-Peterburq ofisinin açıqlamasında deyilir: "Albalı ürəyin sağlamlığını yaxşılaşdıra, iltihab əleyhinə təsirə malikdir və immuniteti yaxşılaşdıra bilər". 

Bununla əlaqədar olaraq mütəxəssislər soyuqdəymə və qrip mövsümü ərəfəsində xəstəliklərdən qorunmaq üçün insanları daha çox giləmeyvə yeməyə çağırıblar. Məlumat üçün bildirək ki, hazırda bazarlarda albalının kilosu 5-6 manata satılır.

Xəzər
“Cebheinfo.az”