Məşhur aktyor qripdən ölüb – FOTO

Çinli aktyor Lian Youcheng qripdən dünyasını dəyişib.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, Asiya mətbuatında qrip virusunun sinir sisteminə keçməsi səbəbindən aktyorun huşunu itirdiyi və dünyasını dəyişdiyi bildirilib.
Youcheng-in dostu Wu Xuyi onun ölüm xəbərini sosial mediada açıqlayıb.
Lian Youncheng 1997-ci ildə Çində anadan olub. Fərqli obrazları canlandırmaq bacarığı ilə diqqət çəkən aktyor K-Dramas ilə məşhurlaşıb. 2021-ci ildə "Ürəyim" və 2024-cü ildə "Onun səsinin əks-sədası" seriallarında rol alıb. O, ən son "Tanq sülaləsində qız" dramının çəkilişlərində iştirak edib.
"Cebheinfo.az"