Meyxanaçı: “Qızım Amerikada evləndi, toyda iştirak edə bilmədik”

Meyxanaçı: “Qızım Amerikada evləndi, toyda iştirak edə bilmədik”

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də ailə həyatı qurub.

"Cebhe.info" xəbər verir ki, bu barədə onun özü “Qonaqcanlı” verilişində bildirib.

O, qızının bu ilin iyun ayında Mehdi adlı bəylə ailə qurduğunu deyib: “Oğlan Amerikada işləyirdi. Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. İyunun 8-də toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. El adəti ilə orada toy olub".

Ağamirzənin sözlərinə görə, toyu Elariz Məmmədoğlu idarə edib.

"Cebhe.info"