Ömrü uzadan pulsuz vasitə tapıldı

Ömrü uzadan pulsuz vasitə tapıldı

Gülüş sağlamlığı yaxşılaşdıra və hətta ömrü uzada bilər. 

“Cebhe.info” “İzvestiya” qəzetinə istinadən yazır ki, həkm-geriatr Olqa Tkaçeva bu gözlənilməz nəticəyə gəlib.

Mütəxəssis izah edib ki, gülüş müxtəlif beyin proseslərinə, o cümlədən ağrılara və immunitet sisteminə təsir göstərir. Tkaçeva həftədə bir dəfədən çox müntəzəm gülən insanların vaxtsız ölüm və ürək xəstəliklərinə tutulma riskinin ayda bir dəfədən az gülənlərə nisbətən daha az olduğunu göstərən araşdırmalara istinad edib.

Bundan əlavə, gülüş rifah hissi yaradır, antikor istehsal edən immun sisteminin hüceyrələrinin böyüməsini stimullaşdırır, həmçinin məlumatı daha yaxşı yadda saxlamağa kömək edir. Ümumiyyətlə, gülüş nəfəs almağı aktivləşdirir və bütün orqanlarda qan dövranını artırır.

Xəzər
“Cebhe.info”