Ömrünüz xeyli uzanacaq: Bunu 75 yaşında etsəniz belə
Yeni bir araşdırmaya görə, hətta 75 yaşında da siqareti tərgitmək ömrü uzata bilər.
"Cebheinfo.az" xəbər verir ki, Miçiqan Universitetinin (UM) ictimai səhiyyə alimləri bu barədə tədqiqat aparıb.
Təxminən 13 min orta yaşlı kişi üzərində aparılan araşdırma gündə 30 və ya daha çox siqaret çəkənlərin növbəti 25 ildə ölüm riskinin 21 faiz daha çox olduğunu ortaya çıxarıb.
Tədqiqatlar göstərir ki, 35-75 yaş arasında siqareti buraxan siqaret çəkənlər ömürlərini əhəmiyyətli dərəcədə uzadırlar.
Siqareti tərgitmə yaşları 35, 45, 55, 65 və 75 olaraq müəyyən edilib. Tədqiqat bu yaşlarda siqareti tərgitmiş, siqaret çəkməyə davam edən və heç vaxt siqaret çəkməyənlərin ömür müddətini müqayisə edir.
Məsələn, 35 yaşlı siqaret çəkənin ömrünün sonuna qədər siqaret çəkməyə davam edəcəyi təqdirdə orta hesabla 9 il ömrünü itirəcəyi təxmin edilir. 75 yaşında siqaret çəkənlərin ömrünün orta hesabla 4,4 il azalacağı proqnozlaşdırılır.
Bu tapıntılar Kanada və Norveçdəki tədqiqatçıların əvvəlki araşdırmalarını dəstəkləyir.
Nigar Hacılı
"Cebheinfo.az"