Orqanizminizi təmizləyəcək çox ucuz məhsul

Orqanizminizi təmizləyəcək çox ucuz məhsul

“Düzgün qidalanma sağlamlığı qorumağa və bədəni təmizləməyə kömək edəcək, xüsusən də bir məhsula güvənirsinizsə”. 

“Cebhe.info” “Belnovosti.by”-a istinadən yazır ki, bunu dietoloq Marqarita Koroleva deyib.

Mütəxəssis qeyd edib ki, kələm pəhrizə daxil edilməlidir. Dietoloqun sözlərinə görə, kələmin tərkibində kükürd var ki, bu da orqanizmdə antioksidant olan qlutatyonun səviyyəsini saxlayır: “O, eyni zamanda qaraciyərin normal fəaliyyət göstərməsinə və orqanizmin vaxtında detoksifikasiyasına cavabdehdir”.

Mütəxəssis sənaye şəhərlərində və ya ağır metal duzlarının yüksək konsentrasiyası olan yerlərdə yaşayan insanlara bu məhsulu daha tez-tez yeməyi tövsiyə edib.

Xəzər
“Cebhe.info”