Qəhvə içmək üçün ən ideal vaxt: Narkoloq açıqladı

Qəhvə içmək üçün ən ideal vaxt: Narkoloq açıqladı

Qəhvə bir çoxlarının sevdiyi içkidir, bu canlandırıcı içkini səhərlər içə bilərsiniz, ancaq ac qarına olmaz.

“Cebhe.info” xəbər verir ki, narkoloq Marat Sarayev səhər acqarına qəhvə içməmək barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, məşhur canlandırıcı içki yemək borusu və mədənin selikli qişasına zərər verə bilər ki, bu da əlavə qıcıqlanma və turşuluq səviyyəsinin artması ilə nəticələnə bilər.

Bununla əlaqədar olaraq, həkim ideal vaxt olaraq səhər yeməyindən10-15 dəqiqə sonra qəhvə içməyi tövsiyə etdi.

Sarayev qəhvənin canlandırıcı təsirini də izah edib. Narkoloq deyib ki, insanı birbaşa kofein deyil, qəhvə dənələrinin tərkibindəki maddələr canlandırır:

"Onlar birlikdə bütövlükdə bədən üçün tonlama kompleksi təmin edirlər. Buna çkinin qoxusu və hazırlanma üsulu təsir göstərir”.

Xəzər
“Cebhe.info”