Sağlamlığı qorumağın ən ucuz yolu: Gündə bir ədəd yeyin 

Sağlamlığı qorumağın ən ucuz yolu: Gündə bir ədəd yeyin 

Gündə ən azı bir alma yemək həkimlərə müraciətlərin sayını xeyli azalda bilər.

Cebhe.info “Daily Mirror”-a istinadən bildirib ki, bunu dietoloq Maykl Mosli deyib. Mosli müxtəlif xəstəlikləri olan insanlara - şəkərli diabetdən tutmuş orqanizmdə yüksək xolesterin səviyyəsinə qədər alma yeməyi məsləhət görür.

Alma sayəsində bədən azot oksidi istehsal edir ki, bu da iltihabı azaldır, qan təzyiqini yaxşılaşdırır, qida maddələrini artırır və bağırsaqlarda zərərli bakteriyaları öldürür.

Gündəlik alma yemək vərdişi bədənin ümumi güclənməsinə və rifahın yaxşılaşmasına kömək edəcək.

Xəzər
Cebhe.info