Səhər yeməyi üçün 3 təhlükəli məhsul
Səhər yeməyi üçün ən yararsız 3 yeməyin adı açıqlanıb.
“Cebheinfo.az” “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Lyudmila Suxorukova danışıb.
O qeyd edib ki, səhər yeməyi üçün ən faydasız sıyıq mannıdır:
“Bu yeməyin kalorisi çox yüksəkdir, xüsusilə kərə yağı ilə hazırlananda çox kalorili olur. Üstəlik bu sıyıqda kolbasa ilə sendviçdən daha çox vitamin yoxdur. Amma nədənsə populyar şüurda faydalı məhsullar siyahısına daxil edilir. Görünür, bunda uşaq bağçasından gələn keçmiş günahkardır”. Onun sözlərinə görə, mannı əslində üyüdülmüş buğda dənidir və tərkibində vitaminlər demək olar ki, yoxdur.
Həkim həmçinin səhər yeməyində marketlərdən alınan müsli və qranola yeməməyi məsləhət görüb: “Çünki onlar çoxlu zərif şəkər və süni əlavələrdən hazırlanır”.
Xəzər
“Cebheinfo.az”