Tənha insanlar bu qidaları daha çox yeyir: SƏBƏB

Tənha insanlar bu qidaları daha çox yeyir: SƏBƏB

Əgər gecəni evdə tək, şokolad və yaxud dondurma yeyərək keçirmisinizsə, özünüzü günahkar hiss etməyinizə ehtiyac yoxdur.

Çünki yeni bir araşdırma tənhalığın şəkərli qidalara qarşı güclü istək yaratdığını üzə çıxarıb.

“Cebhe.info” xəbər verir ki,  araşdırma “JAMA Network Open” jurnalında dərc edilib. Məlum olub ki, sosial cəhətdən təcrid olunmuş insanların beyin kimyasının pis psixi sağlamlıq, çəki artımı, idrak qabiliyyətinin azalması və 2-ci tip diabet və piylənmə kimi xroniki xəstəliklərlə əlaqəli olur.

Tədqiqatçılar 93 premenopozal iştirakçıda beyin kimyasının və qida siqnallarını necə emal etdiyini sosial mühitdən asılı olaraq necə dəyişdiyini araşdırıblar. Araşdırmanın nəticələri tənhalıq və ya təcrid hissi keçirənlərin bədən yağının daha yüksək olması, qida asılılığı,  həddindən artıq yemək kimi pis yemək davranışları nümayiş etdirdiyini göstərib.

Tədqiqatçılar iştirakçıların şirin və dadlı qidaların mücərrəd şəkillərinə reaksiyalarını izləmək üçün maqnit rezonans tomoqrafiyasından istifadə ediblər. Nəticələr göstərib ki, təcrid olunmuş şəxslər beynin şəkər istəklərinə cavab verməkdə əsas rol oynayan müəyyən nahiyələrində ən böyük fəaliyyətə malikdirlər.

“Sosial təcrid, sosial əlaqə üçün istəklərə bənzər qida istəklərinə səbəb ola bilər. Biz sosial şəbəkələrimizin sağlam olmayan qidaları, xüsusən də yüksək kalorili qidaları və şirniyyatları necə istehlak etməyimizdə əsas rol oynadığına dair sübutlar təqdim edirik”, - deyə alimlər qeyd ediblər.

Xəzər
“Cebhe.info”