Ürək xəstələri üçün ideal səhər yeməyi

Ürək xəstələri üçün ideal səhər yeməyi

Ürək-damar xəstəlikləri və ya yüksək xolesterol səviyyəsi üçün səhər yeməyi diqqətlə seçilməlidir.

“Cebheinfo.az” xəbər verir ki, həkimlərin rəyi belədir.

Mütəxəssislər əmindirlər ki, yulaf əzməsiürək xəstələri üçün günün ilk yeməyi üçün uyğundur. Bu yemək aşağı sıxlıqlı lipoproteinləri və pis xolesterol səviyyəsini azaldır. Xolesterol hipertoniya, ürək və damar xəstəlikləri, insult və ya tip 2 diabetə səbəb olur.

Bundan əlavə, yulaf əzməsi mədə-bağırsaq traktına faydalı olan lif mənbəyidir.

Dietoloqların fikrincə, gündə 5-10 q lif yemək kifayətdir. O, yulaf əzməsi ilə yanaşı, çia toxumları, kətan, paxlalılar, meyvələr, avokado və tərəvəzlərdə olur.

Xəzər
“Cebheinfo.az”