Ürək xəstəliklərindən xilas olmağın 5 YOLU

Ürək xəstəliklərindən xilas olmağın 5 YOLU

Mütəxəssislər insanları ürək sağlamlığını qorumaq üçün bir sıra sadə tövsiyələrə əməl etməyə çağırıblar.

Bunun üçün onlar ürək və damar xəstəliklərinin inkişaf riskini azalda bilən beş amili sadalayıblar. 

“Cebheinfo.az” xəbər verir ki, mütəxəssislər müntəzəm fiziki fəaliyyətin və balanslaşdırılmış qidalanmanın, həmçinin 7-8 saat yuxunun vacibliyini qeyd ediblər. Tövsiyələrə uyğun olaraq, siqaretdən və həddindən artıq spirt istehlakından da imtina etməlisiniz.

Bundan əlavə, ürəyini düşünən sakinlərinə ailədə və işdə mübahisələri sülh yolu ilə həll etmək tövsiyə olunub.

Mütəxəssislər xatırladıblar ki, bir insanın ürəyi gündə orta hesabla 100 min dəfə, ömür boyu isə 2,5 milyarddan çox döyünür: 

“Bədənimizə düzgün münasibət bizə uzun ömür verə bilər”.

Xəzər
“Cebheinfo.az”