Xərçəngdən qorunmaq üçün bu qidanı yeyin

Xərçəngdən qorunmaq üçün bu qidanı yeyin

Mütəxəssislər xərçəngdən qorunmaq üçün faydalı olan kəsmiyin kifayət qədər qiymətləndirilmədiyini bildirir. 

"Cebhe.info" xəbər verir ki, kəsmik immunitet sistemini gücləndirən xüsusiyyətləri ilə tanınır.

Təzə kəsmik kalium, zülal, kalsium, A və C vitaminləri ilə zəngindir. Tərkibindəki yüksək protein səbəbiylə idmanla məşğul olan insanlar tərəfindən tez-tez seçilir.

Xüsusilə immuniteti zəif olan insanlar, idmançılar, pəhriz saxlayanlar və təzyiq xəstələri üçün tövsiyə olunur. Tərkibində yüksək miqdarda minerallar və vitaminlər olan kəsmik immunitet sistemini gücləndirir və orqanizmin gücünü artırır.

Sümüklərin inkişafında da mühüm rol oynayır və sonrakı yaşlarda meydana gələ biləcək müxtəlif sümük xəstəliklərinin müalicəsində istifadə edilir.

Güclü antioksidant qaynağı olduğu üçün bədəni xərçəng kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərir.

Naibə
"Cebhe.info"