Xəstəliyi bilmək istəyirsinizsə : Gözlərə diqqət

Xəstəliyi bilmək istəyirsinizsə : Gözlərə diqqət

Yüksək təzyiq özsünü insanın gözlərində biruzə verə bilər.

Çünki gözlərin vəziyyəti qan dövranının xüsusiyyətlərindən asılıdır.

Cebhe.info xəbər verir ki, bunu məşhur həkim Salli Amin deyib. Onun sözlərinə görə, yüksək qan təzyiqi təhlükəlidir, çünki onun heç bir xüsusi simptomları yoxdur:

“Onun təzahürləri çox vaxt həddindən artıq işin olması və yuxunun olmamasının nəticəsi kimi görünür. Buna görə də onlara lazımi diqqət yetirilmir. Bu arada, qan təzyiqi davamlı olaraq yüksəkdirsə, ürək bədənə adekvat qan axınını təmin etmək üçün daha çox işləməlidir.

Nəticədə orqanizm daha tez yorulur, əldən düşür və xəstəliyə meyilli olur. Zəifləmiş və ağrılı ürək-damar sistemi infarktdan tutmuş insultlara qədər geniş spektrli sağlamlıq problemlərinə səbəb ola bilər”.

Həkim bildirib ki, göz sağlamlığı qan təzyiqinin nə qədər sabit olması ilə birbaşa bağlıdır:

“Hipertoniyada gözlər və görmə ilə əlaqəli simptomlar meydana çıxır ".

Həkim aşağıdakı simptomlara diqqət yetirməyə çağırır:

*bulanıq görmə

*gözlərdə qızartı

*gözlərdə narahatlıq və ya ağrı.

Əgər bu əlamətlər varsa, oftalmoloqa müraciət etməli, göz dibi və torlu qişa da daxil olmaqla tam göz müayinəsindən keçməlisiniz. Nəzərə alın ki, nəzarətsiz yüksək qan təzyiqi göz insultu, tor qişanın zədələnməsi və korluq da daxil olmaqla fəlakətli nəticələrə səbəb ola bilər.

Xəzər
Cebhe.info