4700 manat cərimələnən Əli Mirəliyev: ““QAİ” məni görəndə qucaqlayıb öpür...”

4700 manat cərimələnən Əli Mirəliyev: ““QAİ” məni görəndə qucaqlayıb öpür...”

Müğənni Əli Mirəliyevə inzibati protokol yazılıb.

Yerli mətbuatın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirləndirilib. 

O, sürücülük hüququndan müvəqqəti məhrum edilib. İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılacaq. 

Əli Mirəliyev Cebhe.info-ya bildirib ki, deyilənlər doğrudur: 

“Cərimələrim var, təxminən 4700 manat civarındadır. Təxminən 5 il ərzində cərimələr yığılıb, hər 20 gündən bir 50 manat üstünə gəlib. Mənə heç kim bu barədə xəbər verməyib, ona görə məsələdən xəbərim olmayıb, işim  məhkəməyə qədər uzanıb”. 

Əli Mirəliyev sürücülük vəsiqəsinin, həmçinin avtomobilinin texniki baxışdan keçirilmə vaxtının  bitdiyini etiraf edib:

“Sürücülük vəsiqəmin vaxtı çoxdan keçib, xəbərim olmayıb. Kim məndən soruşub ki, vəsiqənin vaxtı keçib? Dövlət Yol Polisinin əməkdaşları məni saxlayanda, öpüb qucaqlayır, heç nə demir. Mən haradan bilim? Heç kim mənə heç nə deməyib. Ona görə işim uzanıb”. 

Əli Mirəliyevə bundan sonra məsələyə daha diqqətli yanaşmayacağını da deyib:

“Mən sürücülükdə diqqətli olmayacağam. Mən musiqidə, incəsənətdə diqqətli ola bilərəm, ordakı işlərin isə birtəhər çarəsini taparıq. Onsuz da 75 yaşım var, bundan sonra avtomobil sürməsəm də olar”. 

Həsən Məmmədov 
Cebhe.info