Teatrlara yarım milyon tamaşaçı gedib
Azərbaycanda 2025-ci ildə dövlət teatrlarına 412,6 min nəfər tamaşaçı gəlib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu göstərici 2024-cü illə müqayisədə azdır. Belə ki 2024-cü ildə 29 dövlət teatrına gələn tamaşaçı sayı 419 min olub.
Həmçinin qeyd edilib ki, 2025-ci ildə 3518 tamaşa nümayiş olunub və onlardan da 39-u yeni quruluşda olub.
"Cebheinfo.az"

